Ru
20:22 / 09 Mart 2024

Premyer Liqa: "Sabah" "Qəbələ"ni məğlub edib

3983
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Bakupost.az xəbər verir ki,, "Sabah" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1.

Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.

Xallarının sayını 37-ə çatdıran "Sabah" "Neftçi" və "Səbail"lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.

Qeyd edək ki, bu gün baş tutan "Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 3:3. Martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər