Ru
17:37 / 14 Mart 2023

Prezident: Ermənistan Zəngəzur dəhlizinə mane olur

2733
Prezident İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb.

Eyni zamanda vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olur.

Almaniya Prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər