Ru
16:22 / 07 Oktyabr 2026

Prezident maaşlarla bağlı FƏRMAN imzaladı

Prezident maaşlarla bağlı  FƏRMAN imzaladı
Eye

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.

"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.

Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;

- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar