Ru
16:31 / 21 İyul 2025

Prezidentdən bunu eşitmək çox xoş idi - Vüsalə Mahirqızı

Prezidentdən bunu eşitmək çox xoş idi -  Vüsalə Mahirqızı
Eye

“III Şuşa Beynəlxalq Media Forumu müstəqil mediamızın tarixində keçirilən ən böyük beynəlxalq tədbirdir. Çox sevindiricidir ki, hər il biz tədbirdə daha çox xarici medianın təmsil olunduğunu görürük. Forumda müxtəlif ölkələrə, ayrı-ayrı qütblərə məxsus media nümayəndələri iştirak edir.”

Bu fikirləri Bakupost.az-a “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib.

O, forumda Prezident İlham Əliyevin şəxsən iştirak etməsinə diqqət çəkib:

“Burada ən önəmli məsələlərdən biri forumun ilk günündə Azərbaycan Prezidentinin jurnalistlərlə çox açıq və səmimi formatda görüşünün keçirilməsidir. Orada istənilən jurnalist suallarını ünvanlaya bilir və Prezident İlham Əliyev suallara 3–4 saat ərzində cavab verir. Bu il də eyni ənənə davam elədi və cənab Prezident orada müxtəlif mesajlar verdi.

Bizim üçün isə məhz Azərbaycan mediasının fəaliyyətinə çox ciddi və vacib qiymət verməsi önəmli idi. Cənab Prezident Azərbaycan mediasının fəaliyyətini çox yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan mediası təkcə müdafiə ilə məşğul olmur, eyni zamanda hücuma keçə, Azərbaycanın milli maraqlarını qoruya bilir. Bunu eşitmək çox xoş idi. Xüsusi olaraq cənab Prezident vurğuladı ki, Azərbaycan mediası ictimai rəyi doğru yönləndirmə peşəkarlığına malikdir və artıq öz sərhədlərini aşıb. Yəni, təkcə daxili auditoriya üçün yox, xarici media üçün də Azərbaycanla bağlı əsas istinad mənbəyinə çevrilə bilib. Təbii ki, bu, son 4–5 il ərzində media ilə bağlı aparılan davamlı və konseptual işin nəticəsidir.

Vətən müharibəsindən sonra Azərbaycan mediasının inkişafında növbəti bir mərhələ başlayıb. Burada həm peşəkarlıq, həm də konseptual yanaşma baxımından bir fərq özünü göstərir ki, bu gün biz bunun bəhrələrini görürük.

Eyni zamanda Media Agentliyinin gördüyü işləri, mediaya verilən dəstəyi, media haqqında qanuna bu günlərdə edilən yeni dəyişiklikləri də qeyd etmək lazmıdır. Haəmçinin Azərbaycan milli informasiya məkanından xarici elementlərin kənarlaşdırılması prosesinin şahidi oluruq. Bunun özü də çox böyük uğurdur. 150 illiklə bağlı isə onu deyə bilərəm ki, Azərbaycan milli mətbuatı müstəqillik dövründə heç bir xarici media qurumuna və ya onun yerli bürosuna uduzmayıb. Milli mətbuatımız ölkə daxilində əsas aparıcı informasiya təminatçısıdır. Fikrimcə, bu, bizim 150 illikdəki ən böyük uğurumuzdur”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar