Ru
20:07 / 26 Dekabr 2024

Prokuror: Qəzaya uğrayan təyyarənin daha bir "qara qutu"su tapılıb

Prokuror: Qəzaya uğrayan təyyarənin daha bir "qara qutu"su tapılıb
Eye

"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir "qara qutu" tapılıb".

Bakupost.az APA -ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar