Ru
17:47 / 08 May 2025

Putin Cinpinlə çinsayağı çay içdi - FOTO

 Putin Cinpinlə çinsayağı çay içdi -  FOTO
Eye

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi danışıqlardan sonra Kremldə çay süfrəsi arxasında qeyri-rəsmi şəraitdə söhbət ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, bu format dövlət başçılarına ikitərəfli gündəliyin ən həssas mövzularını müzakirə etməyə imkan verəcək. O qeyd edib ki, söhbətin müddəti liderlərin özlərindən - onların nə qədər ünsiyyət qurmaq istəməsindən asılı olacaq.

"Düşünürəm ki, söhbət uzun çəkəcək", - deyə Uşakov yekunlaşdırıb.

Diplomat əlavə edib ki, Moskva və Pekin arasında yüksək səviyyəli görüşlər zamanı danışıqları şəxsi çay süfrəsi ilə yekunlaşdırmaq artıq ənənəyə çevrilib.

Aysel, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar