Rusiya Qvardiyası rəisinin keçmiş müavini, general Viktor Striqunov həbs edilib.
Bakupost.az -ın Rusiya mətbuatının istinadən məlumatına görə, o, “Lefortovo” istintaq təcridxanasına göndərilib.
General-polkovnikə Novosibirsk yaxınlığında hərbi poliqonun tikintisi zamanı baş verən mənimsəmələr görə cinayət işi açıldığı ehtimal olunur.
Qeyd edək kii, 2016-cı ildə Striqunov Rusiya Qvardiyasının Sibir rayonunun komandiri təyin edilib. 2021-ci ildə rəhbərin birinci müavini olub, 2023-cü ildə vəzifəsindən azad edilib.
Zaur, BakuPost