Rusiya lideri Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı şantaj etməyə başladığını göstərən məlumatlar yayılır. Belə ki, Rusiyanın “Rosatom” şirkətinin Türkiyənin Mersin şəhərində inşa etmək istədiyi Akkuyu AES-in tikintisndən çıxmaq istədiyi haqqında məlumat var. Bildirilir ki, “Rosatom” Akkuyu AES-də 49 faizilik payını satmaq istəyir. “Rosatom” payını 12.3 milyard dollar olaraq dəyərləndirir.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, Putinin şantajı bununla da bitmir:
“Məlumatlara görə, Putin “Qazprom”a borcu olanların borclarını oktaybr ayına kimi ödəmələrini istəyir. Bu isə ilk növbədə Türkiyəyə qarşı yönəlib. Türkiyənin Rusiyaya qaz borcunu 2023-cü ildə, prezident seçkiləri ərəfəsində Ərdoğana dəstək olaraq Moskva təxrə salmışdı. Əgər o zaman Moskva borcunu ödəməyi tələb etsəydi, bu, Türkiyədə iqtisadi böhranı dərinləşdirə, Ərdoğanın mövqelərini zəiflədə bilərdi.
O zaman borcun 20-23 milyard dollar arasında olduğu iddia edilirdi. Türkiyənin o zaman enerji və təbii qaynaqlar naziri olan Fateh Dönməz Rusiyanın Ankaranın ödəməli olduğu borcu təxrə saldığını təsdiqləsə də, borcun nə qədər olduğunu açıqlamaqdan imtina etmişdi. Bu gün də bu borcun nə qədər olduğu haqqında rəsmi məlumatlar yox. Türkiyənin müstəqil jurnalistləri və təhlilçiləri bu borcun 25-27 milayrd dollar arasında olduğu qənaətindədirlər. Türkiyənin iqtisadçı ekspertləri bildirirlər ki, “Qazprom”un borcunu ödəmək və “Rosatom”un Akkuyu AES-dəki payını almaq üçün Ankara 40 milyard dollar tapmalıdır. Bu pul isə yoxdur.
Üstəlik, məsələ bu pulları ödəməklə də həll olunmur. “Rosatom”un yarıda atmaq istədiyi Akkuyu AES-in tikintisini hansı şirkətin davam etdirə biləcəyi və AES işə düşdükdən sonra nüvə yanacağı ilə kimin təmin edəcəyi kimi sualların cavabı yoxdur. Digər tərəfdən, Ankara Rusiya qazını əvəz etmək üçün alternativ mənbəyə malik deyil. Heç şübhəsiz ki, bütün bunlar Ankaranın Moskvaya yönəlik siyasətinə ciddir təsir edir.
Bütün bu vəziyyətlərdən çıxış yolu var. Bu yol dünyanın yeganə siyasi və maliyyə gücü olaraq təsnif edilən dövlətin yeni dünya düzəni layihəsini dəstəkləməkdən keçir. Bu layihə Türkiyənin mövqeyini gücləndirəcəyi kimi, Böyük Azərbaycanın yolunu açacaq və Mərkəzi Asiyanı Çindən qoruyacaq”.
Aygün,
BakuPost