Ru
20:59 / 12 İyul 2025

Putin hər kvadrat kilometrə görə 167 əsgər itirir - ŞOK

Putin hər kvadrat kilometrə görə 167 əsgər itirir - ŞOK
Eye

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynada apardığı müharibənin nəticələri ilə bağlı sarsıdıcı rəqəmlər açıqlayıb.

Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, bu il Rusiya Ukrayna ərazilərinin cəmi 0,25 faizini ələ keçirə bilib.

Bunun üçün isə hər kvadrat kilometrə görə 167 əsgər itki verib.

“Bu, çox yüksək qiymətdir. Bu, müasir tarixdə ən böyük taktiki və strateji səhvdir. O, Ukraynanı sakitləşdirmək istəyirdi, amma nəticədə Ukrayna Avropa İttifaqının üzvü olacaq və nəhayət NATO-ya da qoşulacaq”, - deyə Finlandiya prezidenti bildirib.

Ekspertlər hesab edirlər ki, bu statistika Kremlin Ukrayna siyasətinin uğursuzluğunu tam çılpaqlığı ilə ortaya qoyur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar