Rusiya Prezidenti Vladimir Putin İsrail və İran arasında baş verən qarşıdurma ilə bağlı operativ şəkildə məlumatlandırılır.
Bakupost.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin İsrail və İran arasında baş verən hadisələr barədə onlayn rejimdə informasiya alır”, – deyə Peskov bildirib.
O, Moskvanın gərginliyin artmasını pislədiyini vurğulayıb.
Peskov həmçinin əlavə edib ki, Prezident Vladimir Putinin tapşırığı ilə Xarici İşlər Nazirliyi mövcud vəziyyətlə bağlı ətraflı bəyanat hazırlayır. Həmin sənədin Birləşmiş Millətlər Təşkilatına göndərilməsi planlaşdırılır.
Lalə,
BakuPost