Ru
09:38 / 22 May 2025

Putin müharibəni qazanacağından əmindir - Trampdan açıqlama

Putin müharibəni qazanacağından əmindir -  Trampdan açıqlama
Eye

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra Avropa liderlərinə bildirib ki, Rusiya müharibəni bitirməyə hazır deyil, çünki özünü qalib hesab edir.

Bakupost.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bu faktı ilk dəfə açıq şəkildə etiraf edib.

“Bu etiraf Avropa liderlərinin Putin haqqında çoxdan bildikləri bir şeyi təsdiqlədi, lakin onlar bunu ilk dəfə məhz Trampdan eşitdilər. Bu həm də Trampın əvvəllər dəfələrlə ictimai şəkildə dedikləri ilə ziddiyyət təşkil edir: o inanırdı ki, Putin səmimi şəkildə sülh istəyir”, – deyə "The Wall Street Journal" yazıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar