Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:43 / 14 Oktyabr 2024

Putin yaxın 6 ildə bunu edəcək - Kəşfiyyat rəhbəri açıqladı

1920

"Rusiya yaxın 6 il ərzində NATO-ya üzv ölkələrin ərazisinə hücum edəcək".


Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kəşfiyyatının rəhbəri Bruno Kal bildirib. O əlavə edib ki, Rusiyadan birbaşa hərbi təhlükə görür:


"Ən gec bu onilliyin sonuna qədər Rusiya qoşunları NATO-ya hücum edə biləcək".


Alman kəşfiyyatının rəhbəri qeyd edib ki, “Kreml Almaniyaya düşmən kimi baxır”, çünki o, Rusiya işğalçılarına qarşı müharibədə Ukraynanı dəstəkləyən ikinci böyük ölkədir.

Kal əlavə edib ki, Putin təkcə Ukraynadan deyil, “əslində yeni dünya düzəninin yaradılmasından” narahatdır.

Cavidan, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar