Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:24 / 25 Noyabr 2024

Putinin "Oreşnik"i Ukraynanı çəkindirə bildimi? - ŞƏRH

825
"Həmin hadisədən (21 noyabrda Rusiyanın Ukraynaya "Oreşnik"lə zərəb endirməsindən -red.) sonra Ukrayna Rusiya ərazisinə ABŞ raketləri ilə daha 2 zərbə endirib. Ayın 23-də Kursk vilayəti ərazisində S-400 zenit-raket kompleksi dəqiq ATACMS zərbəsi ilə məhv edilib. (Foto görürsünüz.)


Hadisə zamanı S-400 divizionunun komandiri və qərargah rəisi də daxil olmaqla, Rusiya ordusunun 5 zabiti ölüb.

Qurğuya xidmət göstərən istehsalçı şirkətin ("Almaz-Antey") 3 mütəxəssisi isə ağır yaralanıb".

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, ikinci zərbə bu gecə Kursk vilayətindəki "Xalino" aviabazasına endirilib:

"Hadisənin videosunda raketlərin aerodroma düşdüyü görünür, amma hələlik nəyin hədəf alındığı məlum deyil. Putin 21 noyabrdakı təcili çıxışında 2 böyük yalan danışıb. Birincisi, "Oreşnik"in hədəf aldığı böyük sənaye kompleksinin ("Yujmaş" müəssisəsi) vurulması yalanı. Peyk fotoları təsdiqləyir ki, raket hədəfə dəyməyib. (Əslində bu müəssisə daha əvvəl "İsgəndər" raketləri ilə vurulub, amma görünür, ciddi zərər yetirilməyib ki, orada istehsal davam edir). İkinci yalan isə budur ki, guya dünyadakı heç bir HHM sistemi "Oreşnik" adlandırılan raketi vura bilmir.
Putin "Kinjal"ın da analoqsuz olduğunu və vurulmasının qeyri-mümkünlüyünü iddia edirdi. Amma ABŞ-da 70-ci illərin texnologiyası olan "Patriot" Ukraynaya verildikdən sonra "Kinjal"lar vurulmağa başlandı".

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar