Ru
14:00 / 19 May 2025

Qadın "piroq"la 40 kişini öldürdü

Qadın "piroq"la 40 kişini öldürdü
Eye

Haitidə qadın 40 dəstə üzvünü öldürüb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, paytaxt Port-o-Prensdə emandadas adlı ənənəvi Haiti xəmirləri satan qadın ailəsinin qisasını almaq məqsədilə cinayət törədib.

Belə ki, qadın cinayətkar dəstənin 40 üzvünə “ərazini qoruduqlarına” görə minnətdarlıq əlaməti olaraq onlara pulsuz piroqlar təklif edib. Yeməyi yedikdən bir neçə dəqiqə sonra bütün kişilər şiddətli qarın ağrısı, qusma və vəziyyətlərinin ümumi pisləşməsindən şikayət etməyə başlayıblar. Tibbi yardım gələnə qədər onların hamısı ölüb.

Qadın daha sonra qalan dəstə üzvlərindən qorxaraq evini tərk edib. Bildirilir ki, hadisədən az sonra onun evi yandırılaraq tamamilə dağılıb.

Məlumata görə, haitili qadın könüllü olaraq polisə təslim olub və cinayətkarları zəhərləmək planını hazırladığını və həyata keçirdiyini etiraf edib. O, tək hərəkət etdiyini söyləyib. Onun cinayətdə ittiham edilib-edilməyəcəyi hələlik məlum deyil.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar