Ru
12:03 / 16 Dekabr 2021

Qalmaqallı direktorla bağlı yoxlama başladı - RƏSMİ FOTO

94626
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb.

Bakupost.az -ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə ciddi nöqsanlar aşkarlanıb, direktor Çinarə Atayeva və onun qurduğu “şəbəkənin” qanunsuz fəaliyyətləri üzə çıxıb.

Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı məlum olub ki, direktor müavini Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verilib, onun fəaliyyəti isə başqa müəllimlərin adına rəsmiləşdirilib.

İlhamə Vəliyeva 8 "Ç" sinfinə dərs keçərkən

Bundan əlavə, məktəbin ana dili və ədəbiyyat müəllimi Mədinə Hətəmli direktor Çinarə Atayeva ilə əlbir olaraq saxtakarlığa yol verib (onun adına rəsmiləşdirilən dərsləri İlhamə Vəliyeva keçib) və izahatında yalan məlumatlar bildirib.

Həmçinin, yoxlamalar zamanı bir çox siniflərdə şagirdlərin ümumiyyətlə, məktəbə gəlmədikləri müəyyən olunub.

Məktəbdə çalışan müəllimlər qeyd ediblər ki, hazırda araşdırmaya 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cəlb edilib. Müəllimlər və direktor müavinləri mərkəzə dəvət olunaraq, izahatları alınır.

Məsələ ilə bağlı adları qeyd olunan şəxslərin fikirlərini öyrənmək mümkün olmadı.

Məktəbdən bildirildi ki, Abşeron Təhsil İdarəsinin icazəsi olmadan açıqlama vermək ixtiyarları yoxdur.

Abşeron Təhsil İdarəsinin yeni rəhbərini isə nə kabinetində tapmaq mümkün oldu, nə də mobil telefona cavab verdi.


Yoxlamanı aparan Regional Komissiyanın aparıcı məsləhətçisi Aqil Ağayev isə Bakupost.az –a məlumatların doğru olduğunu təsdiqləyib:

“Çoxsaylı şikayətlər əsasında monitorinq qrupu yaradılaraq, məktəbdə yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən nöqsanlar aşkarlanıb. Hazırda araşdırma bitməyib, davam etdirilir. Ona görə də bununla bağlı nəsə deyə bilmərik. Bir neçə günə rəsmi olaraq araşdırma nəticələri açıqlanacaq”.

BakuPost





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Mirmusa Musayev

    vəzifəsindən azad olan direktoru həmin məktəbdən də azad edin sizə zəhmət. Məsələn 39 saylı Agdam məktəbin direktoru Pərviz Salmanovu.

  • Müəllim

    Qəbələdəkiləri də yoxlayin bir zəhmət.Şəhərin ozundən başlayin məsələn. Eynisinin artigi bizdə olur

  • Fəxrəddin

    Çinarə hamını çirkaba batırıb gedəcək. Ceyranbatan camaatı əziyyət çəkəcək. Artıq bəsdir. Nə qədər olar?

  • Vətəndaş

    Salam imkan varsa Masallı rayonunda yoxlamalar aparardiz

  • Sevinc

    Belə şey görməmişəm bəlkədə Mədinə muellimenin xəbəri belə yoxdu kim isdemez ki dərsi cox olsun maışnıda çox alsın hamsıni edən Çinarə Atayevadi

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər