5 oktyabrda X Bakı Beynəlxalq kitab sərgisi çərçivəsində “Qanun Nəşriyyatının” elan etdiyi nağıl müsabiqəsinin qalibləri müəyyən olunub.
Bakupost.az xəbər verir ki, müsabiqədə qalib gələn üç əsas və 5 həvəsləndirici mükafata layiq görülən mətn 64 nağıl arasından seçilib.
Peşəkar yazıçılardan ibarət üç ekspert on ballıq şkala üzrə qiymətləndirmə aparıb və I yer 24 balla Vüqar Haqverdiyevə, II yer 21 balla Alov İnannaya, III yer 20 balla Əziz Sultana verilib, Elmin Abdullayev, Həmid Piriyev, Bayram Soylu, Nazlı Rəhimova və Paila Nabiyeva həvəsləndirici mükafata layiq görülüblər.
Qaliblərə pul mükafatı və kitab kuponları hədiyyə edilib”, – müsabiqinin layihə rəhbəri Əyyub Qiyas məlumat bu barədə verib.
“Qanun Nəşriyyatı”nın icraçı direktoru Ayan Etibar qalibləri təbrik edib, müsabiqəyə qatılan bütün iştirakçılara uğurlar arzulayıb.