Ru
16:23 / 28 May 2025

Qarabağ Universitetində psixoloqların layihəsi icra olundu - FOTO

Qarabağ Universitetində psixoloqların layihəsi icra olundu - FOTO
Eye

“Gənc Psixoloqlar” İctimai Birliyi “Gələcək qurucular – azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək psixoloqların peşəkar inkişafı” layihəsinin icrasına başlayıb.

Bakupost.az xəbər verir ki, 2025-ci il 18-19 may tarixlərində layihə çərçivəsində Qarabağ Universitetində tələbələrin psixoloji müdaxilə bacarıqlarının inkişafına dair simulyativ dərslər təşkil olunub. Dərslər zamanı interaktiv təlimlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib. Dərslərə Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb edilib.

İctimai Birliyin sədri Orxan Oruczadə bildirib ki, layihə psixoloji reabilitasiya potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Layihənin sonunda iştirakçıların praktiki biliklərinin real mühitdə tətbiqi üçün psixoloji dəstək təşəbbüslərinə cəlb olunması nəzərdə tutulur.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Qarabağ Universitetində psixoloqların layihəsi icra olundu - FOTO
Qarabağ Universitetində psixoloqların layihəsi icra olundu - FOTO
Qarabağ Universitetində psixoloqların layihəsi icra olundu - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar