Ru
20:34 / 23 Noyabr 2026

Qarabağ Universitetindən reaksiya: Tələbələr qovulub?

Qarabağ Universitetindən reaksiya: Tələbələr qovulub?
Eye

Mediada yayılan məlumatlara münasibət olaraq bildiririk ki, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.


"Bakupost" xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib:

“Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.
Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”.

Qeyd edək ki, daha əvvəl universitetin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında qız üstündə dava olduğuna və tələbələrin təhsil ocağından qovulduğuna dair məlumatlar yayılmışdı”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar