Ru
14:26 / 26 Mart 2024

Qarabağda ötən həftə 33 mina aşkarlandı

3043
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarında 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər