Ru
21:43 / 05 Dekabr 2024

Qaxda avtomobil divara çırpıldı: xəsarət alan var

Qaxda avtomobil divara çırpıldı: xəsarət alan var
1715

Qaxda minik avtomobili divara çırpılıb, xəsarət alan var.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərinin ərazisində baş verib.

42 yaşlı Qax şəhər sakini Ramin İbrahim oğlu Mustafayev idarə etdiyi "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Mustafayev Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar