Ru
09:20 / 09 May 2024

Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı

1036
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər