Ru
17:55 / 15 May 2025

Qazaxıstanda ChatGPT qadağan olunub?

Qazaxıstanda ChatGPT qadağan olunub?
Eye

Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi ChatGPT çatbotunun dövlət qurumlarında istifadəsinə qadağa qoyulması ilə bağlı məlumatı təkzib edib.

Bakupost.az xəbər verir ki, bu barədəd TASS nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rəqəmsal İnkişaf Nazirliyi xarici süni intellekt xidmətlərindən, o cümlədən ChatGPT-dən istifadəyə qadağa qoymur, lakin xüsusilə şəxsi məlumatlar, rəsmi və ya məxfi məlumatlarla işləyərkən potensial risklər barədə xəbərdarlıq edir”, - deyə məlumatda bildirilir.

Nazirlikdən bildirilib ki, süni intellektə əsaslanan botla işi tənzimləyən sənəd yalnız məsləhət xarakteri daşıyır və ölkədə kibertəhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib. Qeyd edilib ki, Qazaxıstan təhlükəsiz mühitdə işləmək üçün özünün süni intellekt əsasında həllərini tətbiq edir.

Respublikanın hakimiyyət orqanları tam avtonom süni intellekt sistemlərinə qadağa da daxil olmaqla, bir sıra məhdudiyyətləri nəzərdə tutan süni intellektin tənzimlənməsi haqqında qanun qəbul etməyi planlaşdırır. Qanun qəbul olunarsa, Qazaxıstan postsovet məkanında süni intellektin qanunvericiliklə tənzimlənəcəyi ilk ölkə olacaq.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar