Ru
13:36 / 28 Mart 2024

"Qərb Ermənistanı barıt çəlləyinə çevirir”

1468
“Qərb Cənubi Qafqazda əməkdaşlıq mühiti formalaşdırmaq, sabitliyə nail olmaq əvəzinə Ermənistan-Azərbaycan sərhədində gərginlik yaratmağa cəhd edir. Onun Ermənistanı silah-sursatla doldurmaq və barıt çəlləyinə çevirmək planı var. Bütün bunlar formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa xidmət edir. Bu, bölgəyə yeni təlatümlər, müharibələr, qarşıdurmalar vəd edir”.

Bu fikirləri Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ da prosesə qoşulub:

"Nəticə etibarilə bölgədə hərbi bazanın yaradılması prosesi gedir. Bu, Azərbaycan sərhədində baş verir və ölkəmizə qarşı yönəlib. Ermənistan, eləcə də, Qərb gərginliyin artmasına yönələn, sülhün təhdidi məqsədi daşıyan addımlara, cəhdlərə son qoymalıdır. Bu kimi addımlardan çəkinməlidirlər ki, bölgədə sülh istiqrar olsun".

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər