Ru
15:37 / 02 Aprel 2024

“Qərbin iştirakı ilə Azərbaycana qarşı plan hazırlana bilər” - Politoloq

1604
“Ermənistan sülh prosesi ilə bağlı müsbət bəyanatlar verir. Amma bunları tək sözdə deyil, əməldə də təsdiq etməlidir. Fikrimcə, Qərb Ermənistanın təhlükəsizliyinə qarant olacaqsa, rəsmi İrəvan sülh danışıqlarında imitasiyanı davam etdirəcək. Qərbin iştirakı ilə Azərbaycana qarşı plan hazırlana bilər”.

Bu fikirləri Bakupost.az -a politoloq Zaur Məmmədov söyləyib.

O hesab edir ki, Azərbaycan ərazilərinə hücum edilə, təxribatlar baş verə bilər:

“Sonra da Azərbaycanın Ermənistana hücum etməsi ilə bağlı informasiya təxribatına əl atılması gözləniləndir. Ancaq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün istənilən addımı ata bilər. Ona görə də, Qərb və Ermənistan bilməlidir ki, onların ikilikdə, ayrılıqda hansı qərarlar qəbul etməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər