Ru
15:46 / 07 İyun 2024

Qəzzada can itkisi artır - 37 min ölü

1066
Qəzzada can itkisi 36 min 731-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 245 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son gündə Qəzzanın müxtəlif bölgələrində 8 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 77 fələstinlinin həyatını itirdiyi, 221 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 36 min 731-ə, yaralıların sayının isə 83 min 530-a yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də qeyd edilib.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər