Qızılın qiyməti cümə günü son bir ilin ən aşağı səviyyəsinə düşdükdən sonra 0,8 faiz artaraq bir unsiya üçün 3 900 dollara yaxınlaşıb.
“Bakupost” xəbər verir ki, cümə günü qızıl 3,7 faiz ucuzlaşıb. Bu, 2008-ci ildən bəri ən zəif oktyabr göstəricisi olub.
ABŞ-nin İrana qarşı mümkün yeni hücumlarla bağlı qərarı təxirə salaraq diplomatiyaya vaxt ayırmaq istədiyi barədə xəbərlər neft qiymətlərini aşağı salıb. Bununla belə, Yaxın Şərqdə münaqişənin genişlənməsi riski qalır.
Texnologiya səhmlərindəki ucuzlaşma da qızıl bazarına təzyiq göstərib. Gümüş 1,5 faiz bahalaşaraq 49,86 dollara, platin və palladiumun qiymətləri də yüksəlib.
Vüsalə Hüseynova,
BakuPost