Qızılın bir unsiyasının qiyməti 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3800 dollardan aşağı düşüb.
“Bakupost” xəbər verir ki, noyabrın 18-də qızıl 1,5 faiz ucuzlaşaraq 3795,55 dollara enib. Beləliklə, qiymətli metal ardıcıl üçüncü gündür dəyər itirir.
Ucuzlaşmaya ABŞ Federal Ehtiyat Sisteminin faizləri artıracağı gözləntiləri və dolların möhkəmlənməsi təsir göstərib. Faiz artımı gəlir gətirməyən qızılı investorlar üçün daha az cəlbedici edir.
Vüsalə Hüseynova,
BakuPost