Ru
21:44 / 11 İyul 2025

Quterreşdən Əliyev-Paşinyan görüşünə - MÜNASİBƏT

Quterreşdən Əliyev-Paşinyan görüşünə - MÜNASİBƏT
Eye

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.

Bakupost.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosunun BMT Baş katibinin iki lider arasında keçirilən görüşə münasibətinə dair sualına cavab olaraq bildirib.

Sözçü bildirib ki, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir:

“Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”, - sözçü vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar