Ru
18:56 / 06 May 2024

Rəis müavininin sürücülük hüququ məhdudlaşdırıla bilər

1354
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin tabeliyində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının rəis müavini Mahir İsgəndərov barəsində inzibati iş başlanıb.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Mahir İsgəndərova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Rufan Mürsəlov iş üzrə hakim təyin edilib.

Mahir İsgəndərov 2022-ci ildə "Donanmanın fəxri işçisi" döş nişanı ilə təltif olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər