Ru
15:06 / 04 Aprel 2024

Rəqsanənin saxlanılma səbəbi bilindi

5676
Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi üzrə saxlanılıb.

Bakupost.az Rusiya Teleqram kanallarına istinadən xəbər verir ki, müğənni Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

"Mənbə bildirir ki, bədnam diva (vətənində dələduzluqda bağlı axtarışda olub, anası və bacısı isə Türkiyədə qadını fahişəliyə məcbur etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub) ötən gün İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə gəlib. Rəqsanə İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Şöbəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işi ilə bağlı ifadə vermək üçün şahid qismində gətirilib. Yelena Smirnova Qurbanov soyadlı şəxslə əlbir olaraq müğənniyə və ən azı daha iki azərbaycanlıya pasport düzəldib", - deyə xəbərdə qeyd olunur.


Daha sonra bildirilir ki, Smirnovanın 2 deyil, 3 nəfərə pasport düzəltdiyi üzə çıxıb:


"Müğənninin dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasport da saxta şəxsiyyət məlumatları ilə hazırlanıb. Həmin pasport 2019-cu ildə hazırda istintaq altında olan əməkdaşdan alınıb. Müstəntiqlərin fikrincə, Rəqsanə İsmayılova Qurbanova 650 min rubla yaxın pul ödəyib. O isə müğənniyə yeni sənəd almağa kömək edib. 2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb, müğənni yaşayış yerindən getməmək şərtilə azadlığa buraxılıb”.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər