Ru
12:05 / 07 Oktyabr 2026

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək

Rəşid Mahmudov Elza Seyidcahana  500 manat ödəyəcək
Eye

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianın qismən qəmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.

Şərhlər
  • Azad Dərkənarı

    Necə deyiblər: *Su axar çüxuruna*, *Güxurda (axmayan) saf su da iylənər?* Bir qərinə, o cümlədən 33 il tam müstəqicə qəti, ya kəskin hüquqi hərəkətlər əvəzinə ədəbi-siyasi də daxil dedi-qodu və işsizlikdən boşuna şüarlar və boşuna popuqay dedi-qoduları ilə geniş texnoloji-sosial-iqtisadi quruculuqdan saxlayıb, az qala *hər şeyin* beynəlxalq mülahizə mərkəzinə çevirib? Çoxumuzu daictimai faydalı iş əvəzinə dedi PopUqay kimi boşuna savaşlara yönəldib, hətta on min günahsız vətəndaşımızı məhv etmiş cinayətləri kənara təxirə salıb, belə yüngül mübahisələri və hər iki tərəfin oxşar iddiasına baxmış Məhkəmə idientik qərar çıxarıb: iki əhli Şəxsin biri təhqirə On min azn ittiham dəyəri iddia edib, digəri daha ciddi üstünlüklə dəyərin 500 azn-ə endirilməsinə nail olub? *Təbii İntellelekt*lərimiz razılaşa bilməyibsə, Süni İntellektlərimiz necə çalışacaqlar, artıq digər tərəfə *молча*-sitayişlə?

Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar