Ru
19:38 / 01 Aprel 2024

Rəsulzadənin sözləri olan lövhə həmin binadan niyə çıxarılıb? - Foto

1230
Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərində Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülüb.

Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb. Şəkildən görünür ki, 20 yanvar dairəsi kimi tanınan ərazidə binanın üzərinə vurulmuş, özündə Azərbaycan bayrağını da əks etdirən lövhə çıxarılıb.

Bunun səbəbini öyrənmək üçün "Qafqazinfo" Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan bildirildi ki, hazırda binada təmir işləri gedir: “Bina bütövlükdə təmir edilir. Təmir işləri bitdikdən sonra hər şey öz yerinə bərpa ediləcək, həmçinin həmin cümlə də”.

Qeyd edək ki, bina 1993-cü ildə tikilib istifadəyə verilib. Elə tikiləndən Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir. Bina tikilən zaman Məhəmməd Əmin Rəsulzadənin sözləri və Azərbaycan barağı binanın üz qabığına vurulub.

Binanın əvvəl və indiki fotolarını təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər