Ru
23:29 / 21 Dekabr 2022

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır - FOTO

12112
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına keçməyə yaxındır.

Bakupost.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu klubla transfer danışıqları aparmaq üçün Ər-Riyad şəhərinə yollanıb.

Təcrübəli forvardın paytaxt təmsilçisi ilə anlaşacağı gözlənilir. Çünki hazırda onun başqa təklifi yoxdur.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayacağı bildirilib. İddiaya görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək. Ulduz futbolçunun illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.

Ronaldunun son klubu İngiltərə "Mançester Yunayted"i olub. "Qırmızı şeytanlar" futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər