Ru
16:27 / 09 Mart 2023

"Rus sülhməramlıları dağıdıcı qüvvədir" - Politoloq

1680
"Rusiya dəfələrlə ağa qara deyib, çox vaxt beynəlxalq münasibətlərdən irəli gələn öhdəliklərini pozub".




Bunu Bakupost.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiya Müdafiə Nazirliyinin Xankəndi-Xələfli-Turşu yolunda baş verən insidentə görə Azərbaycanı ittiham etməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Rusiyanın Ukrayna və Gürcüstandakı hərəkətləri onun imperialist bir ölkə olduğunu göstərir:
"Rusiyanın birtərəfli mövqe tutması bizim üçün təəccüblü görünmür. O həmişə bu cür oynayıb və bölgəni ələ alıb. “Parçala və hökm sür” siyasətindən istifadə edib. Dünənə qədər Ermənistanda hərbi çevriliş etmək istəyən, zorakı üsullarla hakimiyyətin dəyişdirilməsinə cəhd edən Rusiya bu gün Azərbaycanın suveren ərazisinə silah daşıyan, bizə qarşı hərbi təxribatlar hazırlayan silahlı qruplaşmaları müdafiə edir. Bu, bir daha onu göstərir ki, Rusiyanın bölgə üçün fəlakətdir. Ona görə də Azərbaycan Rusiyanın ikili, qızışdırıcı mövqeyini onun nəzərinə çatdırmalıdır. Rusiya sülhməramlıları hələ də 2020-ci il 10 noyabr sazişinin 4 cü maddəsinə yerinə yetirməyib. Belə ki, Qarabağda qeyri-qanuni dislokasiya olunan erməni silahlıları son nəfərinə qədər oradan çıxarılmalı olsa da, sülhməramlılar bunu təmin etməyib".

Q.Hüseynli bildirib ki, sülhməramlı qüvvələr bölgədə destruktiv rol oynayır:

"Müharibə bitəndə Xankəndində 4 nəfər erməni qalmışdı. Onlar Livandan, Suriyadan erməniləri daşıyıb Xankəndinə doldurdu. Biz onlardan bölgədə sülh yaratmaq üçün hər hansı bir addım görməmişik.

Rusiyanın isə Azərbaycanı günahlandırmaq üçün arqumenti yoxdur. Ermənistandan qanunsuz silah daşınır və bunun üçün alternativ yoldan istifadə olunur. Rus sülhməramlıları da buna şərait yaradır. Bu alternativ yol əməlli-başlı işləyirmiş. Ordan nə qədər daşınmalar həyata keçirilibmiş. Azərbaycan bu yoldan silah-sursat daşınmasına mane olmaq istəyəndə ermənilər öz torpağımızda əsgərimizə atəş açıb. "Sən niyə bizi saxlayıbsan" deyə atəş açıblar".


Politoloq hesab edir ki, sülhməramlıların bölgədəki fəaliyyəti, ümumiyyətlə, üçtərəfli müqavilənin yerinə yetirilməsi ilə bağlı məsələ parlamentdə müzakirə edilməlidir:


"Onların əməlləri ilə bağlı mövqe ortaya ifadə olunmalı, Rusiya rəhbərliyi qarşısında bu qüvvələrin Azərbaycandan çıxarılması tələbi qoyulmalıdır. Bu qüvvə sülhyaradıcı deyil, dağıdıcı, qarşıdırma yaradan bir qüvvədir".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər