Rusiyanın Ukraynaya kütləvi raket zərbələri nəticəsində 49 nəfər yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, bugünkü hücum zamanı ölkəyə 400-dən çox pilotsuz təyyarə və 40-dan çox raket, o cümlədən ballistik raketlər buraxılıb.
"49 nəfər yaralanıb. Təəssüf ki, sayı arta bilər, insanlar kömək istəyirlər”, - Zelenski yazıb.
Zaur, BakuPost