Ru
10:10 / 11 İyul 2025

Rusiya Azərbaycan məhsullarını belə məhv etdi - VİDEO

Rusiya Azərbaycan məhsullarını belə məhv etdi - VİDEO
Eye

Rusiyanın Krasnodar diyarında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin nümayəndələri Azərbaycandan gətirilmiş 18 ton təzə şaftalı və nektarini məhv edib.

Bakupost.az xəbər verir ki, onlar guya həmin məhsullarda kənd təsərrüfatı üçün təhlükəli həşərat olan Qərb çiçək tripsləri aşkar etdiklərini bildiriblər.
Qurum Azərbacyandan meyvə idxalına qadağa qoyub və 18 ton məhsulun hamısını yerindəcə məhv edib.

Azərbaycandan gətirilən 15 ton pomidorda isə daha bir karantin zərərvericisi - Cənubi Amerika pomidor mina güvəsi "tapılıb".


Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar