2025-ci il iyulun 1-dən 7-dək Novosibirsk müvəqqəti saxlama anbarlarına daxil olan məhsullara fitosanitar nəzarəti proseduru zamanı Azərbaycan pomidorlarının partiyasında Cənubi Amerika pomidor güvəsi müəyyən edilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Karantin zərərvericilərindən təsirlənmiş məhsullara qarşı tədbirlər görülüb.
Qeyd edək ki, “Rosselxoznadzor” iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.
Asena,
BakuPost