Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Ukraynadakı müharibəni davam etdirmək üçün "vaxt qazanmağa çalışmaqda" ittiham edib.
Bakupost.az "BBC News"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb:
"Əgər Rusiya qeyri-real şərtlər irəli sürməyə və irəliləyişi pozmağa davam edərsə, bu, ciddi nəticələrə səbəb olmalıdır"
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp hər iki ölkənin dövlət başçısı ilə ayrı-ayrılıqda apardığı telefon danışığından sonra bildirib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarına dərhal başlanılacaq.
Rusiya prezidenti Vladimr Putin isə sülh sazişi üzrə memorandum üzərində işləməyə hazır olduğunu deyib. Lakin döyüşlərin 30 günlük dayandırılması çağırışlarına münasibət bildirməyib.
Aysel,
BakuPost