Ru
13:59 / 13 Noyabr 2024

Rusiya Ermənistanın qazını kəsdi

Rusiya Ermənistanın qazını kəsdi
Eye

Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

Şirkət qeyd edib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.

Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar