Ru
20:33 / 12 İyun 2025

Rusiya imperatorunu məhv edən xalqıq, satqın Nikol kimdir ki… - Petrosyan

Rusiya imperatorunu məhv edən xalqıq, satqın Nikol kimdir ki… - Petrosyan
Eye

Əgər erməni xalqı qüdrətli Rusiya imperiyasının imperatorunu məğlub edə bilibsə, onda Nikol kimi satqın və yaramaz kimdir ki, onu məğlub etməsin?


Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Paşinyan hökumətinin kilsəyə qarşı mübarizəsi haqda qeyd edib.

O “xatırladıb” ki, 20-ci əsrin əvvəllərində, 1903-cü ildə Rusiya imperatoru II Nikolay Erməni Apostol Kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması haqqında fərman verib:

“Bu addım erməni cəmiyyətinin bütün təbəqələri arasında güclü hiddət və etiraz dalğasına səbəb oldu. Nəticədə 1905-ci ildə xalq müqavimətinin təzyiqi altında fərman ləğv edildi”.

Ter-Petrosyanın fikrincə, bu hadisələr erməni milli özünüdərkinin formalaşmasında mühüm rol oynayıb.

Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar