Ru
12:36 / 13 May 2024

"Rusiya İrəvanı vətəndaş müharibəsinə aparır" - Politoloq

1190
“Ermənistan daxilində vəziyyət günü-gündən gərginləşir. Rusiya da bu prosesi vətəndaş müharibəsi həddinə qədər çatdırır. Paşinyana böyük vədlər verən Qərb isə bu vəziyyətdə ona dəstək olmur. Ya da olmaq istəmir. Bu halda isə Paşinyan balanslaşdırılmış siyasətdən istifadə etmək fikrinə düşür”.

Bunu politoloq Qabil Hüseynli Bakupost.az -a deyib.

O bildirib ki, Paşinyan hazırda həm Qərbi təmin edəcək fikirlər söyləyir, həm də Emrənistanda Rusiyanın imtiyazlı vəziyyətini qoruyub saxlamağa çalışır:

“Hazırki vəziyyətdə Rusiya ilə əməkdaşlıq Ermənistana lazımdır. Çünki bu, milyardlarla dollar gəlir gətirir. Rusiya isə lazım olan Qərb məhsullarının əksəriyyətini Ermənistan vasitəsilə alır. İrəvan bundan böyük mənfəət götürür. Ona görə də, Paşinyan Kremllə körpüləri tamam yandırmağa, qarşıdurma vəziyyəti yaratmağa ehtiyac olmadığını anladı və bu yolu seçdi. Görünən odur ki, bu istiqamətdə hər iki tərəfi qane edən razılaşma əldə edilib”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər