Ru
18:54 / 28 Mart 2024

Rusiya İstintaq Komitəsi: "Crocus" terroru Ukraynadan maliyyələşib

1456
İstintaq Komitəsi "Krokus”dakı terrorun Ukraynadan maliyyələşdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (ICR) bəyan edib. Bildirib ki, Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı saxlanılan şəxslərlə aparılan iş nəticəsində "onların ukraynalı millətçilərlə əlaqəsi"nə dair sübutlar əldə edilib.

İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, müstəntiqlər terror aktını törədənlərin Ukrayna ərazisindən konsert zalına hücumun hazırlanmasında istifadə edilən "əhəmiyyətli məbləğlər" aldıqları barədə məlumatlara malikdirlər.

Bu gün, martın 28-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə terror aktı ilə bağlı cinayət işinin istintaqı üzrə istintaq qrupunun hesabatı təqdim edilib. İidarənin mətbuat xidmətinin məlumatına görə, istintaqın ilkin nəticələri "Crocus"a a hücum edən şəxslərin hərəkətlərinin planlı xarakter daşıdığını, onların ehtiyatla hazırlaşdığını və terror aktının təşkilatçılarının maliyyə dəstəyini təsdiqləyir.

"Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları ilə bağlı məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi barədə sübutlar əldə edilib. İstintaqın sərəncamında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib", detə İstintaq Komitəsi bildirib.

İstintaq Komitəsi həmçinin terrorçuların maliyyələşdirilməsində iştirak edən daha bir şübhəlinin saxlanıldığını açıqlayıb. İstintaq onun həbsi üçün müraciət etmək niyyətindədir. Martın 26-da Basmannı məhkəməsi terror aktı işi üzrə səkkizinci müttəhimi həbs edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər