Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:14 / 08 İyul 2024

Rusiya Kiyevi raketlərlə vurdu: Dağıntılar var - VİDEO

2371
Rusiya ordusu iyulun 8-də Kiyevə raket zərbəsi endiriblər.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, Kiyev meri Vitali Kliçko Hava Hücumundan Müdafiə Qüvvələrinin paytaxtın ətraf ərazilərində işlədiyini bildirib. O, sakinləri sığınacaqlara enməyə çağırıb.

"Kiyevdəki partlayışlar baş verir. Detallar haqda məlumat veriləcək. Sığınacaqları tərk etməyin!", - o deyib.

Bir neçə dəqiqədən sonra Kliçko əlavə edib ki, Solomenski rayonuna həkimlər çağırılıb və komanda çağırış məntəqəsinə doğru gedir.

O, hadisə nəticəsində ölənlərin olduğunu deyib.


UNİAN-ın məlumatına görə, bu gün Kiyevdə, xüsusən də Obolonski və Qoloseyevski rayonlarında güclü partlayış səsləri eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyası raket hücumu nəticəsində Solomenski, Dnepr və Qoloseyevski rayonlarına raket qaliqlarının düşdüyünü qeyd edib. İlkin məlumata görə, yanğın var.

“Dağıntı və tələfatla bağlı məlumatlar dəqiqləşdirilir”, - deyə Kiyev şəhər hərbi administrasiyasından bildiriblər.

Bloqer Vanek Nikolaevski saat 10:28-də öz Telegram kanalında yazıb ki, Kiyev ərazisində düşmənin “Kalibr” və “Kinjal” tipli raketləri aşkarlanıb. 10.46-da o, paytaxtın kütləvi hücuma qarşı mübarizə apardığı bildirib.


Saat 10.54-də isə Kliçko Şevçenko rayonunda partlayış baş verdiyini yazıb.









Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar