Rusiya və Suriyanın qırıcıları Hələb və ətrafında “Həyat Təhrir əş-Şam” silahlılarının mövqelərinə zərbələr endirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Bundan əlavə, Rusiya növbəti 72 saat ərzində əlavə yardım göndərməklə Dəməşqə hərbi dəstəyini gücləndirəcəyinə söz verib.
Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.