Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov axtarışa verilib.
Bakupost.az xəbər verir ki, bu barədə "TASS" Agentliyi məlumat yayıb.
Onun hansı maddə üzrə axtarışa verildiyi qeyd olunmayıb.
Qeyd edək ki, ötən ay Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.