Ru
21:39 / 02 İyun 2025

Rusiya sülh şərtərini açıqladı: Ukrayna bunları etməlidir!

Rusiya sülh şərtərini açıqladı: Ukrayna bunları etməlidir!
Eye

Rusiyanın sülh təklifləri Ukraynada seçkinin keçirilməsini və daha sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.

Bakupost.az xəbər verir ki, bu barədə Moskvanın Kiyevə təqdim etdiyi sülh təklifləri ilə bağlı memorandumda deyilir.

Memoranduma görə, Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmalı, Ukrayna Silahlı Qüvvələri bu ərazilərdən tamamilə çıxarılmalıdır.

Sənədə əsasən, Rusiya 6 000 həlak olmuş hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra, yekun müqavilənin imzalanma tarixini özündə əks etdirən atəşkəs haqqında memorandum imzalanmalıdır.

Bundan sonra 30 günlük atəşkəs elan edilir, daha sonra seçki keçirilir, Ukrayna ərazisində dövlət orqanları formalaşdırılır, ardınca isə müqavilə imzalanır.

Rusiyanın tələbləri artasında digər müddəalar da yer alır:

- Ukraynanın neytrallığı, hərbi ittifaqlara qoşulmaqdan imtinası;

- Ukraynada digər dövlətlərin hərbi fəaliyyətinə qadağa;

- Ukraynanın qeyri-nüvə statusu, Ukrayna Silahlı Qüvvələrinin maksimum sayının müəyyənləşdirilməsi;

- Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvi;

- Hərbi fəaliyyətlərdən dəymiş zərərlə bağlı iddialardan qarşılıqlı imtina;

- Rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, nasizmin tərənnüm edilməsinə qadağa qoyulması;

- Ailələrin və köçkünlərin birləşməsi ilə bağlı bir sıra məsələlərin həlli;

- Diplomatik və iqtisadi əlaqələrin, o cümlədən qaz tranzitinin mərhələli şəkildə bərpası.

Rusiya sənədində, həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiqlənməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar