Ru
16:46 / 07 Dekabr 2022

Rusiya tankerləri boğazlardan niyə buraxılmır? - İki versiya

1798
Qərb ölkələrinin Rusiya neftinə qiymət limiti tətbiq etməsindən sonra boğazlarda ən azı 20 neft tankeri yığılıb qalıb.

Bakupost.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin köməkçisi Aleksandr Qruşko boğazlardakı vəziyyətdən narahat olduqlarını bildirib. O, məsələni sığorta və nəqliyyat şirkətləri ilə müzakirə etdiklərini deyib.

Qeyd edək ki, Financial Times İstanbul boğazından keçmək üçün gözləyən 20-yə yaxın neft tankerinin növbəyə durduqlarını və Ankaranın gəmilərdən yeni sığorta zəmanəti tələb etdiyini yazıb.

G7-Avstraliya koalisiyasının rəsmisi isə Türkiyə sularında tankerlərin önünün kəsilməsinə Rusiya neftinə qiymət limiti tətbiq olunmasının deyil, Türkiyənin yeni sığorta zəmanəti tələbinin səbəb olduğunu bildirib.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər