Rusiyanın Sumi şəhərində iki əraziyə zərbə endirməsinə hazırlaşır.
Bakupost.az "Qlavred"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Sumı Vilayət Hərbi Administrasiyası bildirib.
Qurum əhalini dərhal bu əraziləri tərk etməyə çağırıb.
"Düşmən mayın 15-də, təxminən saat 17:00 radələrində şəhərə raket zərbələri endirməyi planlaşdırır. Müvafiq xidmətlərdən alınan əməliyyat məlumatlarına görə, düşmən Privokzalnaya meydanı,11 ünvanına zərbə endirməyə hazırlaşır. Sizdən xahiş edirik ki, dərhal qeyd olunan ərazini tərk edin və əlavə göstərişlərə qədər sığınacaqlarda və ya təhlükəsiz yerlərdə qalın", - deyə məlumatda bildirilib.
Zaur, BakuPost