Rusiya və Çin beynəlxalq ictimaiyyəti Şimali Koreyaya qarşı sanksiyalardan əl çəkməyə çağırıb.
Bakupost.az xəbər verir ki, müvafiq müddəa Kremlin saytında dərc olunan Rusiya Federasiyası və Çinin birgə bəyanatında yer alıb.
Rusiya və Çin Koreya yarımadasının problemlərinin həllini “yalnız siyasi və diplomatik vasitələrlə” irəlilətməyə, Pxenyana qarşı güc tətbiqindən və Şimal-Şərqi Asiyanın militarizasiyasından əl çəkməyə çağırıb.
Moskva və Pekin həmçinin “müvafiq dövlətləri” Koreya yarımadasında gərginliyi azaltmağa, silahlı insidentlər və irimiqyaslı hərbi münaqişələr təhlükəsini aradan qaldırmağa yönəlmiş praktiki addımlar atmağa çağırıb.
Zaur, BakuPost