Xerson vilayətinin Aleşki şəhərində mərkəzi bazara hücumda iştirak edənlərin hamısı qaçılmaz cəzaya məruz qalacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
“Kiyevin hazırkı vəhşi aksiyasında əli olanların hamısı müəyyən ediləcək və qanuna uyğun olaraq cəzalandırılacaqlar”, - departamentdən qeyd ediblər.
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bazara hücumunun qəsdən bayram günü həyata keçirildiyini və dinc əhaliyə qarşı növbəti hərbi cinayət olduğunu vurğulayıb.
"Bu vəhşilik Kiyev rejiminin terrorçu xislətini bir daha ifşa etdi", - departament əlavə edib.
Mayın 1-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr Aleşki şəhərinin mərkəzi bazarına hücum edib, nəticədə 20-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zaur,
BakuPost